iF-dən Zivella Rounded-ə mükafat

iF-dən Zivella Rounded-ə mükafat

Zivellanın Rounded adlı dizaynı iF Design Award-da mükafatlandırıldı.

Yeni nəsil iş yerləri üçün xüsusi dizaynlara imza atan Zivella, 2021-ci ilin ilk mükafatını iF Design Award-dan aldı. Zivella Rounded oturacaq dizaynı öz simvolik duruşu ilə Ofis kateqoriyasında mükafatlandırıldı.

Rounded, dünyanın hər yerindən müstəqil ekspertlərdən ibarət 98 nəfərlik iF münsiflər heyəti tərəfindən qiymətləndirildi və sadə və dairəvi forması, eləcə də rahat istifadəçi təcrübəsi təqdim etməsi sayəsində mükafata layiq görüldü. Müsabiqəyə 52 ölkədən 10 000-ə yaxın müraciət daxil olub.

Alınan mükafatla bağlı Zivella İdarə Heyətinin sədri Abdurrahman Uzun , “Bir ilə yaxındır kolleksiyamızda olan Rounded, dəstəklədiyimiz gənc dizaynerlərimizdən biri olan Emin Ercanın əsəridir. Ölkəmizdə dizayn sahəsində yeni istedadların yetişdirilməsi bizim üçün çox dəyərlidir. Zivella olaraq biz gənc dizaynerlərimizi dəstəkləməyə davam edəcəyik. Bu mükafatı birlikdə qazandığımız üçün fəxr edirik”. dedi.

İkonik Duruş

Yerləşdiyi məkandakı simvolik duruşu ilə diqqət çəkən Rounded, rahat bir istifadəçi təcrübəsi təqdim edir. Sadə və dairəvi forması ilə rahat oturma səthi yaradan Rounded, Emin Ercanın imzasını daşıyır. Rounded dizaynın təəccüblü tərəfini sadəliklə birləşdirir.

iF-dən Zivella Rounded-ə mükafat