Zivellanın Orgatecdə Sadə və İnsanyönümlü Dizaynları

Zivellanın Orgatecdə Sadə və İnsanyönümlü Dizaynları

Almaniyada təşkil edilən Orgatec ofis mebeli sərgisində Zivella yeni nəsil iş yerlərinin ehtiyaclarına və yeni nəsil işçilərin gözləntilərinə uyğun hazırlanmış məhsulları nümayiş etdirəcək.

İşçi nəslin, texnologiyanın və dizaynın dəyişməsi ilə iş mühiti də dəyişir. Komanda yoldaşları ilə işləmək üçün uyğun, ünsiyyətə açıq ,mobil, çevik və dəyişkən mebelli mühitlər geniş yayılmışdır. Texnologiyaya ev sahibliyi edən, ağıllı cihazlarla uyğunlaşan, müsbət əhval-ruhiyyəni dəstəkləyən məkanlar da iş həyatına daxildir.

Bu il Zivella insan yönümlü dizaynlarını əsas mövzu olaraq gələcəyin iş mühiti və mədəniyyətini müəyyən edən Orgatec ofis mebeli sərgisində nümayiş etdirməyə hazırlaşır. Orgateclə bağlı Zivella İdarə Heyətinin sədri Abdurrahman Uzun , “23-27 oktyabr tarixlərində Orgatecdə komanda işində mövcud tendensiyalar, rəqəmsallaşma, bütöv interyerlər və iş yerinin cəlbediciliyi ilə bağlı yeni konsepsiyalar haqqında danışacaq. İlk dəfə olaraq Orgatec ziyarətçilərini, bu konsepsiyaları dəstəkləyən minimal ofis kreslolarımız, yumşaq və rahat divanlarımız, ayaq üstə işləməyi dəstəkləyən stullar və yeni nəsil iş mühitlərinə evin istiliyini gətirən iş qruplarımızla görüştürəcəyik.”

Zivella ofislər, yeni nəsil iş yerləri və məkanlar üçün insan yönümlü məhsullar hazırlayır. Zivella dizaynerləri sadəlikdən ilhamlanaraq hazırladıqları məhsullar sayəsində həm ünsiyyəti asanlaşdırır, həm də səmərəliliyə töhfə verirlər.

Zivellanın Orgatecdə Sadə və İnsanyönümlü Dizaynları